Quba rayon sakini Mübariz ƏsədovUzun müddət borcunu qaytarmayan vətəndaş barədə polisə müraciət etmişdir. Qısa müddətdə pulunun özünə qaytarılmasında göstərdikləri köməkliyə görə polis əməkdaşlarına təşəkkürünü bildirir. 28 11 2024
Binəqədi rayon sakini Qadir Cəfərov Quba rayonunda olarkən nəqliyyat vasitəsinin yanacağının bitməsi səbəbindən yolda qalarkən yol polisi əməkdaşlarının ona göstərdikləri köməkliyə görə təşəkkürünü bildirir. 28 11 2024
Siyəzən rayon sakini Qasım QasımovQuba rayonunda havanın çiskinli olması səbəbindən yolu tapmaqda çətinliklə üzləşərək ərazidə xidmət aparan yol polisi əməkdaşlarına müraciət etmişdir. YPX əməkdaşları onun ünvana çatmağına köməklik göstərdikləri üçün polisə təşəkkürünü bildirir. 28 11 2024
Xaçmaz rayon sakini Pəri QuliyevaQuba rayonunda olarkən nəqliyyat vasitəsində yaranmış nasazlıq səbəbindən hərəkəti məhdudlaşmışdır. Xidmətdə olan Quba rayon yol polisi əməkdaşlarının ona qayğı və öz köməklik göstərdikləri üçün DİN-in rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir. 22 11 2024
Sosial şəbəkə istifadəçisi, Tunis vətəndaşı Maher Ben Ghorbeldir COP29 tədbiri zamanı telefonunu taksidə unutmuş və bununla bağlı yaxınlıqdakı polis əməkdaşlarına məlumat vermişdir. Qısa müddətdə telefonunun tapılıb ona qaytarıldığına görə DİN-in rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir. 22 11 2024