İtalya vətəndaşı Stefano Merlin DomenicoOteldə yerləşmə ilə bağlı yaranmış problemdə köməklik etdiklərinə görə polis əməkdaşlarına minnətdarlığını bildirir. 18 11 2024
Xaçmaz rayon sakini Ədalət PaşayevQuba rayonunda olarkən avtomobilinin sənədlərini itirmiş və bununla bağlı polisə məlumat vermişdir. Aftomobilinin sənədlərini tapmaqda köməklik göstərdiyinə görə Azərbaycan polisinə dərin minnətdarlığını bildirir. 18 11 2024
Böyük Britanya vətəndaşı Ed GoodallamCOP 29 tədbiri ərəfəsində Bakıda olduğunu və telefonunu taksidə unutduğunu bildirmiş, bununla bağlı polisə məlumat vermişdir. Taksi avtomobili ilə bağlı heç bir məlumat olmadığı halda polis telefonunu tapmağı bacarmışdır. Müraciətinə operativ baxıldığına və həmin əşyanın geri qaytarılmasında göstərdikləri köməkliyə görə DİN-in rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir. 18 11 2024
Quba rayon sakini Pünar Əliməmmədova Özünə geyim əşyası almaq məqsədi ilə sosial şəbəkədə tanımadığı şəxsə pul göndərmiş, bir müddətdən sonra aldadıldığını bildikdə polisə müraciət etmiş və qısa zamanda pulunun qaytarıldığı təmin edildiyinə görə DİN-in rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir. 18 11 2024
ABŞ vətəndaşı Socas JamesOna məxsus olan mobil telefonun oğurlanması ilə bağlı müraciət etmiş və qısa müddətdə polis əməkdaşları tərəfindən həmin əşya tapılaraq ona qaytarılmışdır. Göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir. 11 11 2024