Sosial şəbəkə istifadəçisi Arzu Hüseynova“Zərərçəkmiş kimi tanındığım cinayət işi üzrə obyektiv və ədalətli qərar qəbul olunaraq mənə dəymiş ziyanın böyük bir hissəsi ödənildiyini və cinayət törətmiş şəxs məsuliyyətə cəlb olunduğuna görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə dərin minnətdarlığımı bildirirəm” 11 11 2024
Tunis vətəndaşı Maher Ben Ghorbeldir COP29 tədbirində iştirak etmək üçün Azərbaycana gəlmiş Tunis vətəndaşı Maher Ben Ghorbeldir telefonunun taksidə unutduğuna görə polisə müraciət etmiş və qısa zamanda həmin cihazın tapılaraq özünə qaytardığına görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir. 11 11 2024
Şəhid Ailələri, Əlilləri və Mühribə Veteranlarının İçtimai Birliyinin Mətbuat Katibi Elçin MusayevVətəndaş E.Musayev müraciətində naməlum şəxs tərəfindən “İgid əsgər TV” kanalının rəy bölümünə təhqir və nalayıq ifadələr yazmasını bildirmiş, qısa zaman ərzində onun müraciətinə həssaslıqla yanaşılaraq həmin şəxs müəyən olunaraq kanalın rəhbərliyindən və izləyicilərindən üzr istəmişdir. Göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan polisinə təşəkkürünü bildiri. 07 11 2024
Türkiyə Respublikası vətəndaşı Furkan AnılDaxili İşlər Nazirliyinin “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Bakı şəhərində olarkən üzləşdiyi problemlə bağlı müraciətinə dərhal reaksiya verilərək qısa zamanda müsbət həll olunmasında göstərilən köməkliyə görə Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkürünü bildirir. 07 11 2024
Neftçala rayon sakini, Ağsaqqallar şurasının sədri Əbülfəz Ağayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə nazirliyin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir. 07 11 2024