Hadisə zamanı ərazidə olan polis əməkdaşı həyati önəmli addım ataraq övladını dərhal öz avtomobilinə mindirib qısa müddətdə Mərkəzi Hospitala çatdırmışdır. Həkimlərin sözlərinə görə, hər dəqiqə həyatı əhəmiyyət daşıyırdı, çünki oğlu ağır xəsarət aldığından təcili əməliyyat olunmalı idi. Polis əməkdaşının bu fədakar və peşəkar davranışı bir körpə uşağın həyatını xilas etmişdir. Hadisəyə dərhal reaksiya verilməsinə və xəstəni yaxınlıqdakı xəstəxanaya çatdırılmasına görə Daxili İşlər Nazirinə öz təşəkkürünü bildirir, bu cür nümunələrin cəmiyyətimizdə polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini qeyd etmişdir.