Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

İdarənin Vəzifələri

  • daxili işlər orqanlarında fəaliyyətin mənəvi-psixoloji təminatı üzrə aparılan işə təşkilati-metodiki rəhbərliyi həyata keçirmək;

  • şəxsi heyətlə təlim-tərbiyə xarakterli tədbirlərin həyata keçirilməsində digər hüquq-mühafizə orqanları, dövlət və yerli idarəetmə orqanları, ictimai birliklər, qeyri-hökumət, veteran təşkilatları, dini qurumlar, elm və incəsənət xadimləri, kütləvi informasiya vasitələri ilə əməkdaşlığın təmin olunmasına kömək göstərmək;

  • daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə qanunla nəzərdə tutulmuş imtiyaz və güzəştlərin düzgün tətbiq olunmasında köməklik göstərmək;

  • şəxsi heyətin müxtəlif idman yarışlarında, digər mədəni-kütləvi tədbirlərdə iştirakını təşkil etmək.