Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

DİO əməkdaşları ağacəkmə kampaniyasında iştirak etmişlər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü daxili işlər orqanlarında da böyük rəğbətlə qarşılanmışdır.
Bu gün – dekabr ayının 6-da Daxili İşlər Nazirliyin mərkəzi aparatının şəxsi heyəti şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması, ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görərək, genişmiqyaslı kampaniya çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi ərazisində 450 ağac tinginin əkilməsini həyata keçirmişdir.
Ümümilikdə isə kampaniya çərçivəsində daxili işlər orqanları əməkdaşları tərəfindən respublika ərazisində 11.400 ağac tingi əkilmişdir.
Ağacəkmə kampaniyasında Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov və Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev iştirak etmişlər.