Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Baş çavuş Məmmədov Sahib Yaşar oğlu

13.11.1989-cı ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 19.10.2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 24.10.2020-ci il tarixdə Culfa rayonunun Yaycı kənd qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. 3 övladı var idi. Döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra  15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.





Çap et  Çap et