Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

Çavuş Cəbrayıllı İbrahim Raqub oğlu

03.02.1999-cu ildə Zərdab rayonunun Məlikumudlu kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində snayperçi vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 30.09.2020-ci il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 01.10.2020-ci il tarixdə Zərdab rayonu Məlikumudlu kənd qəbiristanlığında  dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 29.12.2020-ci il tarixdə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





Çap et  Çap et