Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

ÇİRİNQOV RAMAZAN HEYBULLAH oğlu

Ramazan Heybullah oğlu Çirinqov 1969-cu ilin fevral ayının 15-də Balakən rayonunun Meşəşambul kəndində anadan olmuşdur. 1986-cı ildə Meşəşambul kənd orta məktəbini bitirmişdir.

1987-ci ildə R.Çiringov Balakən rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırıl­mışdır. Ramazan əsgəri xidmətini Əfqanıstanda keçirmişdir. Beynəlmiləl ordunun tərkibində Əfqanıstanda aparılan hərbi əməliyyatlarda fəal iştirak etmiş, göstərdiyi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və "Beynəlmiləlçi döyüşçü" döş nişanı ilə təltif edilmişdir. Ramazan Çirinqov 1989-cu ildə ordudan təxris olunaraq, Balakən rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi əmək fəaliyyətinə başlayır.

O vaxtlar Qarabağda erməni separatçıları günbəgün quduzlaşırdılar. O, bir polis əməkdaşı kimi dəfələrlə Qarabağa ezam olunur, torpaqlarımızın müdafiəsi uğrunda aparılan əməliyyatlarda yaxından iştirak edirdi.

1995-ci ildən başlayaraq R.Çiringov Balakən rayonunda cinayətkar dəstənin tutulub zərərsizləşdirilməsində əsil rəşadət göstərirdi. Dövlət sərhədini keçməyə cəhd edən qaçaqmalçıların vaxtında qarşısını alan polis starşinası 3 sentyabr 1995-ci ildə öz xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmanlıqla şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı Fərmanı ilə Çirinqov Ramazan Heybullah oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

R.Çiringov Balakən rayonunun, Meşəşambul kəndində dəfn edilmişdir.

Balakən şəhərindəki küçələrdən biri Qəhrəmanın adını daşıyır.