Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

DİO-da Gender Siyasəti

Ulu Öndər Heydər Əliyevin imzaladığı 6 mart 2000-ci il tarixli «Dövlət qadın siyasətinin həyata keçirilməsi» haqqında Fərmanın, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «Qadınların problemləri üzrə Milli Fəaliyyət Planı»nın, habelə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2006-cı ildə imzaladığı Fərmanla tətbiqinə başlanılmış «Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində daxili işlər orqanlarında dövlətin gender siyasətinin həyata keçirilməsi, qadın əməkdaşlara kişilərlə bərabər imkanların yaradılması, qadın hüquqlarının müdafiəsinin gücləndirilməsi işinin təşkili və həyata keçirilməsi İdarənin qarşısında duran vacib məsələlərdən biridir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xətti ilə keçirilən ayrı-ayrı tədbirlərdə qadın polis əməkdaşlarının iştirakı faktına ciddi önəm verilir, eləcə də bu gün beynəlxalq aləmdə gender məsələlərinə bəslənilən loyal və praqmatik münasibət daxili işlər orqanları sistemində bu sahədə aparılan işin yeni müstəviyə çıxarılması aktuallığını artırır.

Gender məsələləri üzrə daxili işlər orqanlarında mövcud olan problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti institut əməkdaşları, o cümlədən Şəxsi Heyətlə İş İdarəsinin qadın (qız) məsələləri üzrə rəis köməkçisi tərəfindən bu sahədə mövcud vəziyyətin öyrənilməsinə, qeydə alınan çatışmazlıqların aradan qaldırılmasına və təkrarının qarşısının alınmasına, bunun üçün müasir iş metodlarının tətbiqinə diqqət yetirilir, sosial, siyasi, iqtisadi baxımdan ölkəmizə yaxınlığı olan dövlətlərdə qadınların xidmət aparma şəraitinin və qaydalarının öyrənilməsinə xüsusi önəm verilir.