Baş səhifə
Etik davranış kodeksi
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

YENİLİKLƏRİN ARXİVİ

DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə təşviqat işləri davam etdirilir

“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in 14.05.2022-ci il tarixli 001-33612-1222 nömrəli Tədbirlər Planının və 16.09.2022-ci il tarixli G50-001-22 nömrəli göstərişinin icrası ilə bağlı 2024-cü ilin sentyabr ayının 13-də gənclərin DİN sistemində təhsilə və xidmətə cəlb edilməsi məqsədilə respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edən Gənclər və İdman Nazirliyinin Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin DİN-lə birgə təşkilatçılığı, Şəxsi Heyətlə İş İdarəsinin və Daxili Qoşunların nümayəndələrinin iştirakı ilə Şəki və Zaqatala şəhərlərində gənclərlə növbəti görüşlər keçirilmişdir

22 10 2024

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

Oktyabrın 17-də Daxili İşlər Nazirliyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə görülən işlərə, COP29 tədbiri ilə əlaqədar qarşıda duran vəzifələrə və cari ilin 9 ayının yekunlarına həsr olunan Kollegiya iclası keçirilib

17 10 2024

DİN rəhbərliyi Zəfər parkını ziyarət edib

Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkına gələrək 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə gül dəstələri qoyublar

27 09 2024

Rayon polis şöbələrində əməkdaşların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi ilə bağlı görüşlər keçirilmişdir

Əməkdaşların ideoloji hazırlığının yüksəldilməsi, sosial təşəbbüskarlığının artırılması, innovativ təfəkkürünün inkişaf etdirilməsi, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, neqativ informasiya təsirlərinin neytrallaşdırılması və pis vərdişlərlə mübarizənin gücləndirilməsi məqsədilə Şəxsi Heyətlə İş İdarəsi tərəfindən Siyəzən, Quba, Xaşmaz, Qusar, Şabran və Xızı Rayon Polis şöbələrinin şəxsi heyəti ilə canlı görüşlər və təlimlər keçirilmişdir

24 09 2024

DİN-in Baş Mühafizə İdarəsinin ərazi hissələrində əməkdaşların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi ilə bağlı silsilə görüşlər davam edir

Əməkdaşların ideoloji hazırlığının yüksəldilməsi, sosial təşəbbüskarlığının artırılması, innovativ təfəkkürünün inkişaf etdirilməsi, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, neqativ informasiya təsirlərinin neytrallaşdırılması və pis vərdişlərlə mübarizənin gücləndirilməsi məqsədilə Şəxsi Heyətlə İş İdarəsi tərəfindən BMİ-nin Siyəzən və Quba Regional, Xaşmaz Rayon Mühafizə şöbələrinin şəxsi heyəti ilə canlı görüşlər və təlimlər keçirilmişdir

20 09 2024