Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Respublikanın regionlarında gənclərlə silsilə görüşlər davam edir

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uygun olaraq respublikanın bölgələrində “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişafı strategiyası”nın həyata keçirilməsi məqsədilə müvafiq həvəsləndirici təbliğat işinin aparılması, təşviqat xarakterli materialların yayılması, polisdə və Daxili Qoşunlarda xidmətə çağırış və fəaliyyəti təbliğ süjetli qısametrajlı videofilmlərin yayımlanması və s. tədbirlərin həyata keçirilməsi işi davam etdirilir.
“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in müvafiq Tədbirlər Planının aidiyyəti bəndlərinə uyğun belə tədbirlər Nazirliyin Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşlarının Gənclər və İdman Nazirliyinin ərazi nümayəndələrinin birgə təşkilatçılığı ilə 2023-cü ilin fevral ayının 8-də Masallı rayonu, 9-da Biləsuvar rayonu və 10-da Şirvan şəhər Gənclər Evlərində həmin bölgələrin ərazi polis orqanlarının nümayəndələri, gənclərlə iş sahəsi mütəxəssisləri, daxili işlər orqanlarının və Daxili Qoşunların veteranları, həmçinin İctimai Şurada təmsil olunan qeyri-hökumət təşkilatlarını təmsil edənlər də cəlb edilməklə gənclərlə, o cümlədən tam orta məktəblərin yuxarı sinif şagirdləri və hərbi xidməti başa vurmuş şəxslərlə görüşlər baş tutmuşdur.

Görüşlər zamanı tam orta məktəblərin yuxarı sinif şagirdlərinin DİN sistemində təhsilə təşviq və həqiqi hərbi xidmətini başa vurmuş gənclərin polisə xidmətə cəlb edilməsi məqsədilə Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi F.Nəsirovun və baş inspektoru L.Paşayevin yerli Gənclər evlərinin və mərkəzlərinin əməkdaşları ilə birgə, eləcə də veteran polis əməkdaşlarının, yerli təhsil ocaqlarının, aidiyyəti icra hakimiyyəti orqanlarının nümayəndələrinin, gənc polis əməkdaşlarının, xüsusən DİN-in Polis Akademiyası məzunlarının iştirakı ilə polisin tarixi, daxili işlər orqanlarında xidmətin şərəfi və məsuliyyəti barədə, həmçinin Nazirlik sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə təşviqi istiqamətində zəruri məlumatlar iştirakçıların nəzərinə çatdırılmış, söhbətlər aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, xüsusi təyinatlı təhsil müəsissələrində təhsilin şərtləri və digər bu kimi məsələlərlə bağlı videoçarxlar nümayiş etdirilmiş, eyni zamanda, tədbirin keçirildiyi mərkəzlərin foyesində aidiyyəti məlumat-reklam posterləri və plakatlar yerləşdirilməklə, iştirakçılara təbliğat bukletləri paylanılmışdır.

Eyni zamanda, görüş iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”ndan irəli gələn tələblərin yerinə yetirilməsində hər kəsin fəallıq nümayiş etdirməsinin vacibliyi vurğulanmış və Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti barədə ətraflı məlumatlar verilmişdir.
Görüşlərin silsilə şəkilində respublikanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulmuşdur.

Şəxsi Heyətlə İş İdarəsi