Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Daxili işlər orqanlarında ideoloji işin aparılması ilə bağlı tədbirlər davam edir

2023-cü ilin fevral ayında Daxili İşlər Nazirliyinin “2022-2023-cü illərdə daxili işlər orqanlarında ideoloji işin aparılması üzrə” müvafiq Tədbirlər Planının icrası ilə bağlı şəxsi heyətin, xüsusən gənc əməkdaşların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, neqativ informasiya təsirlərinin neytrallaşdırılması məqsədilə Nazirliqyin orqan və hissələrində müntəzəm görüşlərin və seminarların keçirilməsi davam etdirilmişdir.

Belə ki, bu ilin fevral ayının 8-də Masallı və 9-u Biləsuvar və Salyan rayon polis şöbələrinin şəxsi heyətinin iştirakı ilə seminar-məşğələlər təşkil olunmuş, Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi Firdovsi Nəsirov və baş inspektoru Laçın Paşayev tərəfindən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın daxili işlər orqanlarında icrasının təşkil edilməsinə dair” DİN-in Ə651-001-22 nömrəli 12.12.2022-ci il tarixli əmrindən irəli gələn tələblərə uyğun olaraq şəxsi heyyət tərfindən həyata keçirilməli tədbirlər, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”, “Əməkdaşların xidmət və xidmətdən kənar vaxtda etik davranış qaydalarına əməl etməsinə, polisin cəmiyyətdə nüfuzunun artırılmasına xidmət edən nizamlayıcı sənəd kimi daim rəhbər tutulması”, “Etik davranış qaydalarına zidd olan pis vərdişlərlə mübarizə və internetdən istifadə zamanı yol verilən pozuntular”, “Cəmiyyətdə qəbul olunmuş mənəvi əxlaqi və mədəni davranış, ailə məişət normalarına riayət olunmasının vacibliyi” və “Əməkdaşlar tərəfindən sosial şəbəkələrdən istifadənin yolverilməzliyi” mövzuları üzrə iştirakçılara zəruri məlumatlar verilmişdir.

2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı müvafiq Tədbirlər Planından irəli gələn vəzifərələri ardıcıllıqla, müəyyən edilmiş müddətlərdə keçirilməsi və bu istiqamətdə işlərin ərazi polis qurumlarında da yüksək səviyyədə qurulmasının vacibliyini vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumatları iştirakçıların diqqətinə çatdırdı.
Daha sonra, “Daxili İşlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin əməkdaşların xidmət zamanı və xidmətdən kənar vaxtda etik davranış qaydalarına əməl etməsində, polisin cəmiyyətdə nüfuzunun artırılmasında nizamlayıcı sənəd kimi daim rəhbər tutulmasının vacibliyini izah etdi, əməkdaşlar tərəfindən xidmətdə və xidmətdən sonrakı vaxtlarda internetdən istifadə qaydalarına riayət edilməməsinin, ondan yaradıcılıq məqsədilə istifadə olunmamasının, o cümlədən sosial şəbəkələrdən qeydiyyatdan keçmənin, canlı yayım açılmasının, xidməti otaqların, maşınların, silah otağı və silahların, xüsusi vasitələrin, mülki və ya polisin geyim formasında şəkil yerləşdirilməsinin, yersiz bəyənmələrin, şərhlərin daxili işlər orqanlarından xaric olunmaq da daxil olmaqla ciddi intizam cəzasına səbəb ola biləcəyini vurğuladı. Neqativ halların xidmətlə bərabər ailə daxilində də müxtəlif mənfi halların yaratdığını qeyd edən çıxışçı polis əməkdaşının əxlaqlı, ailəsinə sadiq, xidmətinə, verilən tapşırıqların yerinə yetirilməsinə məsuliyyətli və müsbət davranışı ilə ətrafa nümunə olmalı olduğunu bildirərək, hər bir əməkdaşın xidmətdən sonrakı vaxtını səmərəli, ailəsinə, uşaqlarına, elmə və hər hansı idmanla məşğul olmağa sərf edərsə yaşadığı sağlam həyat tərzi onun mənəvi psixoloji hazırlığına müsbət təsir edəcəyini qeyd edildi.
“2022-2023-cü illərdə daxili işlər orqanlarında ideoloji işin aparılması üzrə” Tədbirlər Planının icrası istiqamətində işlər davam etdirilir.

Şəxsi Heyətlə İş İdarəsi