Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları ağacəkmə aksiyası keçirib

Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində 06 aprel 2023-cü il tarixdə Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilmiş, tədbirdə hər iki qurumun rəhbər şəxsləri, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları iştirak etmişlər.

Azərbaycan təbiətinin böyük hamisi Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirdə 1000-ə yaxın Eldar şamı əkilmiş, ərazidə olan bitkilərə qulluq göstərilmiş və yaşıllıq zonasında təmizlik işləri aparılmışdır.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları digər dövlət orqanları ilə birlikdə mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirirlər.