Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Daxili işlər orqanlarında ideoloji işin aparılması ilə bağlı silsilə görüşlər davam edir

Daxili İşlər Nazirliyinin “2022-2023-cü illərdə daxili işlər orqanlarında ideoloji işin aparılması üzrə” 05.10.2022-ci il tarixli 001-70624-1222 nömrəli Tədbirlər Planının icrası ilə bağlı şəxsi heyətin, xüsusən gənc əməkdaşların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, neqativ informasiya təsirlərinin neytrallaşdırılması məqsədilə Nazirliyin orqan və hissələrində görüşlərin və seminarların keçirilməsi 2023-cü ilin aprel ayında da davam etdirilmişdir.

Belə ki, 25-27 aprel 2023-cü il tarixlərdə Bərdə, Tərtər, Ağdam və Ağcabədi rayon polis şöbələrinin şəxsi heyətinin iştirakı ilə seminar-məşğələlər təşkil olunmuş, Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nəsirov və baş inspektoru polis polkovniki Laçın Paşayev tərəfindən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın daxili işlər orqanlarında icrasının təşkil edilməsinə dair” DİN-in Ə651-001-22 nömrəli 12.12.2022-ci il tarixli əmrindən, “2022-2023-cü illərdə daxili işlər orqanlarında ideoloji işin aparılması üzrə” DİN-in 05.10.2022-ci il tarixli 001-70624-1222 nömrəli Tədbirlər Planından və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın daxili işlər orqanlarında yerinə yetirilməsinə dair 2023-cü il üçün DİN-in 26.12.2022-ci il tarixli 002-821-1222 nömrəli İş Planından irəli gələn tələblərə uyğun olaraq müvafiq mövzularla bağlı, eləcə də “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” - əməkdaşların xidmət zamanı və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına əməl etməsinə, polisin cəmiyyətdə nüfuzunun artırılmasına xidmət edən normativ və nizamlayıcı sənəd kimi” və “Etik davranış qaydalarına zidd olan pis vərdişlərlə mübarizə və sosial şəbəkələrdən istifadənin yolverilməzliyi, cəmiyyətdə qəbul olunmuş mənəvi, əxlaqi və mədəni davranış, ailə-məişət normalarına riayət olunmasının vacibliyi” mövzuları üzrə iştirakçılara zəruri məlumatlar verilmişdir.

Həmin görüşlər zamanı Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti ilə bağlı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılmış, “Heydər Əliyev və 44 günlük Zəfər yolu” adlı sənədli film nümayiş olunmuşdur.
Bununla yanaşı, sosial şəbəkələrdən istifadə və korrupsiya hallarına qarşı mübarizə məsələləri ilə bağlı canlı söhbətlər aparılaraq əməkdaşları maraqlandıran suallar cavablandırılmışdır.