Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Tərtər rayon Gənclər evində həqiqi hərbi xidmətini başa vurmuş gənclərlə görüş keçirilmişdir

“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in 14.05.2022-ci il tarixli 001-33612-1222 nömrəli Tədbirlər Planının və 16.09.2022-ci il tarixli G50-001-22 nömrəli göstərişinin icrası ilə bağlı 26.04.2023-cü il tarixdə Tərtər rayon Gənclər evində həqiqi hərbi xidmətini başa vurmuş gənclərin polisə xidmətə cəlb edilməsi məqsədilə Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nəsirovun və baş inspektoru polis polkovniki Laçın Paşayevin iştirakı ilə görüş keçirilmiş, digər mövzularla yanaşı polisin tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə, həmçinin DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə təşviqi istiqamətində zəruri məlumatlar iştirakçıların nəzərinə çatdırılmış, söhbətlər aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, eyni zamanda, tədbirin keçirildiyi mərkəzin foyesində aidiyyəti məlumat-reklam posterləri və plakatlar yerləşdirilməklə, iştirakçılara təbliğat bukletləri paylanılmışdır.