Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Sumqayıtda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə tədbirlər keçirilib

Aprelin 27-də Sumqayıt Şəhər Polis İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhər ərazisində ulu öndərin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Polis İdarəsinin inzibati binasında davam edən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Polis rəisi qeyd edib ki, ulu öndərimizin Azərbaycan xalqının zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. O, bildirib ki, müstəqilliyin möhkəmlənməsində daxili işlər orqanlarının fəaliyyəti daim ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Daha sonra qeyd olunub ki, Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini uğurla inkişaf etdirən dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz tarixinin ən qüdrətli dövrünü yaşayır, yeni zəfərlərə doğru inamla irəliləyir.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasnın Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin müdiri Hacı Həsənov isə qeyd edib ki, azadlıq, müstəqillik yollarında bütün çətinliklərə mərdliklə sinə gərmiş mübariz Azərbaycan xalqı Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz şanlı tarixinin yeni parlaq səhifələrini yazmağa indi də davam edir. H.Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsində şanlı zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Qürur hissi ilə deyə bilərik ki, ümummili lider Heydər Əliyev müstəqilliyimizin, prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdən sonra Sumqayıt ŞPİ-nin əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Sumqayıtda Dənizkənarı bulvar ərazisində ağacəkmə aksiyasına qoşulublar. İdarənin şəxsi heyəti tərəfindən 100 ədəd Eldar şamı əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.

Youtube linki - https://www.youtube.com/watch?v=-F6lPBKR_aw