Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.
H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri
Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə mayın 6-da Daxili İşlər Nazirliyinin rəhbər heyəti, əməkdaşları və hərbi qulluqçuları Fəxri Xiyabana gələrək Ulu Öndərin abidəsi önünə çiçək dəstələri düzüblər. Görkəmli oftomoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib.
Sonra Nazirlikdə ümummilli liderin yubileyinə həsr olunmuş tədbir keçirilib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində, ümumən dövlətçilik tarixində müstəsna xidmətləri barədə ətraflı qeyd edib, daxili işlər orqanlarının formalaşmasında və inkişafında rolunu, şəxsi heyətə diqqət və qayğısını vurğulayıb.
Tədbir iştirakçıları qarşısında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Ədalət Qasımov “Azərbaycan xalqının tarixi taleyində Heydər Əliyev fenomeni” mövzusunda əhatəli çıxış edib.
Tədbirdə ümummilli liderin zəngin həyat yolundan və fəaliyyətindən bəhs edən "Heydər Əliyev və 44 günlük Zəfər Yolu" sənədli filmi nümayiş olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan olunmuş “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər Nazirliyin Polis Akademiyasında, Ali Hərbi Məktəbində, Əlahiddə Çevik Polis Alayında, Bakı şəhər Baş Polis İdarəsində, ərazi polis orqanlarında və hərbi hissələrində də keçirilib, həmçinin konfranslar, intellektual yarışlar, idman turnirləri, müsabiqələr, ağacəkmə aksiyaları və sair təşkil edilib.
Daxili İşlər Nazirliyi http://www.mia.gov.az |
Bakı şəhər Baş Polis İdarəsi http://www.bakupolice.gov.az |
Baş Dövlət Yol Polisi İdarəsi http://www.dyp.gov.az |
Daxili Qoşunların Baş İdarəsi http://dq.mia.gov.az |
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi http://www.insanalveri.gov.az |
Polis Akademiyası http://www.pa.edu.az |
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi http://www.bpqmi.gov.az |
A.N.Heydərov adına Respublika Hospitalı http://www.hospital.mia.gov.az |
"Xəzri" istirahət və sağlamlıq mərkəzi http://www.khazri.mia.gov.az |
Polis qəzeti https://pq.mia.gov.az/ |