Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Daxili işlər orqanlarında ideoloji işin aparılması ilə bağlı respublikanın şimal bölgəsinin polis orqanlarında silsilə görüşlər keçirilib

Gənc əməkdaşların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, xidmətdə olduqları və xidmətdən kənar vaxtlarda etik-davranış qaydalarına riayət etmələrinin təmin edilməsi, neqativ informasiya təsirlərinin neytrallaşdırılması və pis vərdişlərlə mübarizənin gücləndirilməsi məqsədilə təsdiq edilmiş DİN-in “2022-2023-cü illərdə daxili işlər orqanlarında ideoloji işin aparılması üzrə” 05.10.2022-ci il tarixli 001-70624-1222 nömrəli Tədbirlər Planının icrası ilə bağlı bir sıra ərazi polis orqanlarında və hissələrində görüşlərin və seminarların keçirilməsi 2023-cü ilin iyun ayında da davam etdirilmişdir.

Belə ki, cari ilin iyun ayının 5-dən 9-dək Siyəzən, Şabran, Qusar, Quba, Xaşmaz və Xızı rayon polis şöbələrinin, Quba regional, Siyəzən rayonlararası və Xaçmaz rayon mühafizə şöbələrinin şəxsi heyətinin iştirakı ilə seminar-məşğələlər təşkil olunmuş, Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nəsirov və baş inspektoru polis polkovniki Laçın Paşayev tərəfindən tədbir iştirakçılarına “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın daxili işlər orqanlarında icrasının təşkil edilməsinə dair” DİN-in Ə651-001-22 nömrəli 12.12.2022-ci il tarixli əmrindən, “2022-2023-cü illərdə daxili işlər orqanlarında ideoloji işin aparılması üzrə” DİN-in 05.10.2022-ci il tarixli 001-70624-1222 nömrəli Tədbirlər Planından və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın daxili işlər orqanlarında yerinə yetirilməsinə dair 2023-cü il üçün DİN-in 26.12.2022-ci il tarixli 002-821-1222 nömrəli İş Planından irəli gələn tələblərə uyğun olaraq müvafiq mövzularla bağlı, eləcə də “Azərbaycanın daxili işlər orqanlarının milli təməllər üzərində formalaşmasında və inkişafında Ümummilli lider Heydər Əliyevin rolu”, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” - əməkdaşların xidmət zamanı və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına əməl etməsinə, polisin cəmiyyətdə nüfuzunun artırılmasına xidmət edən normativ və nizamlayıcı sənəd kimi” və “Etik davranış qaydalarına zidd olan pis vərdişlərlə mübarizə və sosial şəbəkələrdən istifadənin yolverilməzliyi, cəmiyyətdə qəbul olunmuş mənəvi, əxlaqi və mədəni davranış, ailə-məişət normalarına riayət olunmasının vacibliyi” mövzuları üzrə iştirakçılara zəruri məlumatlar verilmişdir.

Bununla yanaşı, sosial şəbəkələrin cəmiyyətin şüuruna mənfi təsir etmə imkanları və yarada biləcək təhlükələr, eləcə də korrupsiya hallarına qarşı mübarizə məsələləri ilə bağlı əməkdaşlarla canlı söhbətlər aparılaraq həmin təzahürlərin qarşısının alınması yolları izah edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.