Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Qəhrəman polis əməkdaşı vətəndaşı xilas edərkən həyatını əsirgəmədi, polis əməkdaşının andına sonadək sədaqətli qaldı

2023-cü ilin iyul ayının 21-də axşam vaxtlarında Naxçıvan Şəhər Polis İdarəsinin Uçot-qeydiyyat və statistika işləri qrupunun kiçik inspektoru polis baş serjantı Quliyev Vusal Əbülfəz oğlu Babək rayonunda yerləşən Uzunoba gölündə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağın həyatını xilas etmişdir. Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən onunla bərabər suda boğularaq həlak olmuşlar.

Polis baş serjantı Vüsal Quliyev 2002-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış, xidmət etdiyi dövrdə 9 dəfə mükafatlandırılmış, heç vaxt intizam tənbehi almamışdır, himayəsində iki azyaşlı övladı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyul 2023-cü il tarixdə polis baş serjantı Vüsal Quliyevlə bağlı imzaladığı sərəncama əsasən, öz həyatı təhlükə altında olduğu halda insan həyatını xilas etdiyinə görə o, “İgidliyə görə” medalı ilə təltif edilmişdir (ölümündən sonra).
Qəhrəman həmkarımıza Allahdan rəhmət, yaxınlarına dərin hüznlə başsağlığı diləyirik!