Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Qürurla anırıq!

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağ İqtisadi Rayonunda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanmış Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının polis nəfəri Əzizbəy Etibar oğlu Muradov şəhidlik zirvəsinə ucalmışdır.

Əzizbəy Muradov 44 günlük Vətən müharibəsində torpaqlarımızım işğaldan azad olunmasında fəal iştirak edərək döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş bütün əməkdaşlarımızın əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır!