Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

8 Noyabr - Zəfər Günü ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə davamlı olaraq ağacların əkilməsi və onlara qulluq göstərilməsi işi aparılır.

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Zəfər Günü ilə bağlı növbəti ağacəkmə aksiyası keçiriblər.

Seçilmiş ərazilərdə bölgənin iqlim şəraitinə uyğun eldar şamları və zeytun ağacları əkilib. Ağaclara aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb. Onların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.