Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Sabirabad şəhərində DİN sistemində təhsilə və xidmətə təşviqlə bağlı gənclərlə görüş keçirilmişdir

“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in 14.05.2022-ci il tarixli 001-33612-1222 nömrəli Tədbirlər Planının və 16.09.2022-ci il tarixli G50-001-22 nömrəli göstərişinin icrası ilə bağlı 2023-cü ilin dekabr ayının 18-də respublikanın Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarını əhatə edən Gənclər və İdman Nazirliyinin Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nasirovun və baş inspektoru polis polkovniki Laçın Paşayevin, Mətbuat Xidmətinin rəis müavini polis polkovnik-leytenantı Hafiz Təmirovun və Daxili Qoşunların Baş İdarəsinin şöbə rəisinin müavini polkovnik-leytenant Anar Qurbanovun iştirakı ilə Sabirabad şəhərində yerləşən gənclər evində orta təhsil müəssisələrin yuxarı sinif şagirdləri və həqiqi hərbi xidmətini başa vurmuş gənclərin DİN sistemində təhsilə və xidmətə cəlb edilməsi məqsədilə görüş keçirilmişdir.

Tədbir iştirakçılarına polisin tarixi, daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmətin şərəfliliyi barədə, həmçinin DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə təşviq istiqamətində zəruri məlumatlar çatdırılmış, canlı söhbətlər aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.

Eyni zamanda, tədbirin keçirildiyi binanın önündə aidiyyəti məlumat-reklam plakatları yerləşdirilməklə, iştirakçılara təbliğat bukletləri paylanılmışdır.