Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Daxili İşlər Nazirliyində şəhid ailələri ilə görüş keçirilib

20 Yanvar faciəsinin 34-cü ildönümü ərəfəsində Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsində həmin qanlı gecədə şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan İdarə rəisi, polis polkovniki Elçin Məmmədli daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun adından şəhid ailələrini salamlayaraq bildirib ki, Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış faciə xalqımızın yaddaşına əbədi həkk olunub.

Qeyd edilib ki, qanlı faciəyə ilk siyasi qiyməti həmin vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev növbəti gün Azərbaycan Respublikasının nümayəndəliyinə gələrək bildirmiş, bu cinayətə etiraz səsini bütün dünyaya çatdırmışdır. Həmin müdhiş gecədə öz xidməti borcunu layiqincə yerinə yetirərək əsl qəhrəmanlıq nümunələri göstərən, şəhidlik zirvəsinə ucalan həmkarlarımızın ömür yolu bu gün sıralarımızda olan, xidmətə yeni başlayan gənclərə örnəkdir.

Şəhid ailələri adından çıxış edən Təranə Bağırova, Qələm Camalova və Marina Boqdanova şəhidlərin xatirəsinin dövlətimiz, həmçinin DİN rəhbərliyi tərəfindən daim hörmətlə anıldığını, ailələrinə hər zaman maddi və mənəvi yardımın göstərildiyini vurğulayıblar.

Sonra şəhid ailələrinə DİN rəhbərliyi adından maddi yardım təqdim olunub, onlarla xatirə şəkli çəkilib.