Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Daxili işlər orqanlarında ideoloji işin aparılması ilə bağlı polis orqanlarında silsilə görüşlər davam edir

Gənc əməkdaşların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, xidmətdə olduqları və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına riayət etmələrinin təmin edilməsi, neqativ informasiya təsirlərinin neytrallaşdırılması və pis vərdişlərlə mübarizənin gücləndirilməsi məqsədilə təsdiq edilmiş DİN-in 14.02.2024-cü il tarixli 3-13-23/2-436/2024 nömrəli “Daxili işlər orqanlarında ideoloji işin aparılması ilə bağlı 2024-cü ildə Şəxsi Heyətlə İş İdarəsi tərəfindən keçiriləcək seminar-məşğələlərin Plan Cədvəli”nə uyğun olaraq 2024-cü ilin fevral ayının 19-da Salyan Regional Mühafizə və Neftçala Rayon Polis, 20-də Cəlilabad Regional Mühafizə və Cəlilabad Rayon Polis, 21-də Masallı Regional Mühafizə və Masallı Rayon Polis, 22-də Yardımlı və Lerik Rayon Polis, 23-də Lənkəran Regional Mühafizə və Lənkəran Rayon Polis, 24-də isə Astara Rayon Polis şöbələrinin şəxsi heyəti ilə canlı görüşlər keçirilərək seminar-məşğələlər təşkil olunmuş, Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nəsirov və baş inspektoru polis polkovniki Laçın Paşayev tərəfindən tədbir iştirakçılarına “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolun uğurlu davamıdır”, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” - əməkdaşların xidmət zamanı və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına əməl etməsinə, polisin cəmiyyətdə nüfuzunun artırılmasına xidmət edən normativ və nizamlayıcı sənəd kimi”, “Etik davranış qaydalarına zidd olan pis vərdişlərlə mübarizə və sosial şəbəkələrdən istifadənin yolverilməzliyi, cəmiyyətdə qəbul olunmuş mənəvi, əxlaqi və mədəni davranış, ailə-məişət normalarına riayət olunmasının vacibliyi” və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın daxili işlər orqanlarında yerinə yetirilməsinə dair 2024-cü il üçün DİN-in 19.12.2023-cü il tarixli 3-13-2/2-662/2023 nömrəli İş Planından irəli gələn tələblər və vəzifələr” mövzuları üzrə iştirakçılara zəruri məlumatlar verilmişdir.

Bununla yanaşı, sosial şəbəkələrin cəmiyyətin şüuruna mənfi təsir etmə imkanları və yarada biləcək təhlükələr, eləcə də korrupsiya hallarına qarşı mübarizə məsələləri ilə bağlı əməkdaşlarla canlı söhbətlər aparılaraq həmin təzahürlərin qarşısının alınması yolları izah edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
İdeoloji işin aparılması ilə bağlı görüşlərin digər polis orqanlarında da davam etdirilməsi nəzərdə tutulub.