Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Daxili işlər orqanlarında ideoloji işin aparılması ilə bağlı tədbirlər davam edir

Polis əməkdaşlarının mənəvi-psixoloji hazırlığının yüksəldilməsi məqsədilə təsdiq edilmiş “Daxili işlər orqanlarında ideoloji işin aparılması ilə bağlı 2024-cü ildə Şəxsi Heyətlə İş İdarəsi tərəfindən keçiriləcək seminar-məşğələlərin Plan Cədvəli”nə uyğun olaraq, nazirliyin Əlahiddə Çevik Polis Alayının və paytaxtın Nəsimi Rayon Polis İdarəsinin şəxsi heyəti ilə seminar-məşğələlər təşkil edilib.

Keçirilən məşğələlərdə Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nəsirov və baş inspektoru polis polkovniki Laçın Paşayev tərəfindən tədbir iştirakçılarına möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı üçün son 20 ildə görülmüş və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulmuş işlər barədə zəruri məlumatlar verilmiş, xidmət zamanı və xidmətdən kənar vaxtlarda qanunçuluğa, insan hüquqlarına, etik davranış qaydalarına, eləcə də cəmiyyətdə qəbul olunmuş mənəvi-əxlaqi və mədəni davranış, ailə-məişət normalarına riayət edilməsinin vacibliyi vurğulanmış, sosial şəbəkələrin cəmiyyətin şüuruna mənfi təsir etmə imkanları və yarada biləcək təhlükələr, eləcə də korrupsiya hallarına qarşı mübarizə məsələləri ilə bağlı əməkdaşlarla canlı söhbətlər aparılaraq həmin təzahürlərin qarşısının alınması yolları izah edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Həmçinin, görüşlərdə Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra ölkəmizin dünyada güclənən mövqeyi ilə bağlı fikirlər də şəxsi heyətin diqqətinə çatdırılıb.