Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.
H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri
“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in 14.05.2022-ci il tarixli 001-33612-1222 nömrəli Tədbirlər Planının və 16.09.2022-ci il tarixli G50-001-22 nömrəli göstərişinin icrası ilə bağlı 2024-cü ilin aprel ayının 25-də gənclərin DİN sistemində təhsilə və xidmətə cəlb edilməsi məqsədilə respublikanın Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarını əhatə edən Gənclər və İdman Nazirliyinin Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nasirovun, baş inspektoru polis polkovniki Laçın Paşayevin və Daxili Qoşunların nümayəndəsi polkovnik Ağacan Zərbəliyevin, İsmayıllı RPŞ-nin əməkdaşlarının, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbələrinin iştirakı ilə görüşlər keçirilib.
İlk öncə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin həyətində olan və Kollecin şəhid tələbələrinin xatirəsinə ucaldılmış abidənin önünə tər çiçəklər düzülüb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş igid Vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra gənclərə polisin tarixi, daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmətin şərəfliliyi barədə, həmçinin DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə təşviq istiqamətində zəruri məlumatlar çatdırılıb, aparılmış canlı söhbətlər zamanı onları maraqlandıran suallar cavablandırılıb.
Daxili İşlər Nazirliyi http://www.mia.gov.az |
Bakı şəhər Baş Polis İdarəsi http://www.bakupolice.gov.az |
Baş Dövlət Yol Polisi İdarəsi http://www.dyp.gov.az |
Daxili Qoşunların Baş İdarəsi http://dq.mia.gov.az |
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi http://www.insanalveri.gov.az |
Polis Akademiyası http://www.pa.edu.az |
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi http://www.bpqmi.gov.az |
A.N.Heydərov adına Respublika Hospitalı http://www.hospital.mia.gov.az |
"Xəzri" istirahət və sağlamlıq mərkəzi http://www.khazri.mia.gov.az |
Polis qəzeti https://pq.mia.gov.az/ |