Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.
H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xalqımızın tarixində və taleyində əvəzsiz rolu olan, Azərbaycanı məhv olmaq təhlükəsindən qoruyan, müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə ulu öndərin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Ulu öndərin dövlətçilik tariximizdəki yeri və mövqeyi ilə bağlı çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, professor Ədalət Qasımov qeyd edib ki, böyük bir imperiyanın tərkibində olsa da Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ Ulu Öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. Məhz onun Azərbaycana rəhbərlik etdiyi həmin illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.
Ümummilli Lider Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edən Ə.Qasımov bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən Ulu Öndər dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.
Ölkəmizdə cinayətkarlıqla qətiyyətli mübarizəyə, ictimai asayişin qorunmasına ulu öndərin xüsusi önəm verdiyini vurğulayan daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev bildirib ki, bu gün ölkəmizdə hüquqi-normativ bazanın formalaşmasında mühüm əhamiyyətə malik qanunların qəbul edilməsində, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində, eyni zamanda, respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində ulu öndərin əvəzsiz xidmətləri var.
O, ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanın bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoyduğunu diqqətə çatdırıb. Bildirilib ki, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunların, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” və “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamələr qəbulu ulu öndərin daxili işlər orqanlarının fəaliyyətinə verdiyi böyük önəmin bariz nümunəsi idi.
2020-ci ildə başlayan və qələbəmizlə başa çatan Vətən müharibəsinin, ölkəmizin beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasının, bir sözlə qazandığımız bütün uğurların təməlində ulu öndərin ideallarının dayandığını vurğulayan natiqlər bu dahi şəxsiyyətin xalqımızın tarixi ilə bağlı olan siyasi fəaliyyətinin gələcək nəsillər tərəfindən dərindən öyrəniləcəyinə, onun hər anının, hər səhifəsinin örnək, əsasını qoyduğu azərbaycançılıq ideologiyasının əbədiyaşar olacağına əminliklərini ifadə ediblər.
Daha sonra tədbir iştirakçıları ulu öndərin möhtəşəm fəaliyyətindən bəhs edən “Tarixin izi ilə - Ömrün zirvəsi Heydər Əliyev” sənədli sənədli filminə baxıblar.
Rəsmi videomaterialın linki: https://www.youtube.com/watch?v=19ZL3PGzwWQ
Daxili İşlər Nazirliyi http://www.mia.gov.az |
Bakı şəhər Baş Polis İdarəsi http://www.bakupolice.gov.az |
Baş Dövlət Yol Polisi İdarəsi http://www.dyp.gov.az |
Daxili Qoşunların Baş İdarəsi http://dq.mia.gov.az |
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi http://www.insanalveri.gov.az |
Polis Akademiyası http://www.pa.edu.az |
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi http://www.bpqmi.gov.az |
A.N.Heydərov adına Respublika Hospitalı http://www.hospital.mia.gov.az |
"Xəzri" istirahət və sağlamlıq mərkəzi http://www.khazri.mia.gov.az |
Polis qəzeti https://pq.mia.gov.az/ |