Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

VƏTƏNDAŞ MƏMNUNLUĞU

Bakı şəhər sakini Hafiz Kərimov:
Yaşadığı Nərimanov rayonu, Z.Bünyadov prospekti, ev 46/68 ünvanının təhlükəsizlik kameraları ilə təchiz olunması, eləcə də küçələrin işıqlandırılmasının təmin edilməsində görülən işlərə görə cənab Nazirə və Nərimanov RPİ-nin 16-cı PB-nin şəxsi heyətinə binanın sakinləri adından təşəkkürünü bildirmişdir.

12 07 2023

Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Xocavənd şöbəsinin sədri H.Gülməmmədov:
Xocavənd RPŞ-nin əməkdaşlarının adı çəkilən rayondan olan şəhid ailələrinə və qazilərə göstərdikləri xüsusi qayğının və diqqətin nəticəsi olaraq Azərbaycan polisinin rayon ictimaiyyəti arasında xüsusi nüfuz qazandığını, onların şəhidlərin anım günü və digər tədbirlərdə fəallığı, misilsiz dəstəyinə görə DİN-in rəhbərliyi başda olmaqla şöbənin şəxsi heyətinə təşəkkürünü bildirmişdir.

12 07 2023

Ağdam rayonundan məcburi köçkün, hazırda Yasamal rayonu ərazisində məskunlaşmış Cəfərova Nəcibə Bayram qızı:
“Qurban bayramı” ərəfəsində etdiyi müraciətinə həssaslıqla yanaşıldığına, ailəsinə göstərilən xüsusi diqqət və zəruri köməkliyə görə daxili İşlər naziri general-polkovnik cənab Vilayət Eyvazova təşəkkürünü bildirmişdir.

12 07 2023

Sumqayıt şəhər sakini, şəhid anası Quliyeva Şərqiyyə Əvəz qızı:
İşğaldan azad edilmiş Qubadlı rayonunda erməni vandalları tərəfindən dağıdılmış övladının, şəhid polis əməkdaşı İsayev Kamal İnqilab oğlunun məzarının bərpa olunması üçün göstərilmiş diqqət və qayğıya görə daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazova minnətdarlığını bildirmişdir.

12 07 2023

Cəlilabad rayonu, Moranlı kəndinin sakini İsayev Ruslan Bəxtiyar oğlu:
19.06.2023-cü il tarixdə Cəlilabad rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin şahidi olmuş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Rəcəb İsayevin hadisə zamanı ağır xəsarətlər almış azyaşlını təxirə salınmadan şəxsi minik avtomobili ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırmaqla həyatının xilas edilməsinə köməklik etdiyinə görə DİN-in rəhbərliyinə, Cəlilabad RPŞ-nin rəisinə və həmin əməkdaşa dərin təşəkkürünü bildirmişdir.

12 07 2023