Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.
H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri
Ramana qəsəbəsində yaşayan məcburi köçkün Cəfərova Əfsanə İbrahim qızı yazır:
Ötən il dekabr ayının 8-də əri Məmmədov Anar Asəf oğlu şübhəli şəxs qismində Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Lakin cəmi 2 gündən sonra Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Elnur Cəfərovun, Sabunçu RPİ-nin müstəntiqləri Çingiz Osmanovun, Bakir Məmmədovun və Hikmət Vəliyevin ədalətli mövqeyi sayəsində haqq yerini tapıb və A.Məmmədov sərbəst buraxılıb.
Masallının Mahmudavar kənd sakinləri Məmmədov Nazim Mirzəcan oğlu və Məmmədova Pərvanə Oğlan qızı isə RPŞ_nin rəisi Habil Əmiraslanova minnətdarlıqlarını bildirirlər.
Evlərini qarət etmiş maskalı şəxslərin «isti izlər»lə tapılıb cinayət məsuliyyətinə cəlb edilmələrinə görə.
Füzuli rayonunun Bala Bəhmənli kənd sakini Seymur Əliyev yazır:
«Abşeron rayon sakini İsgəndərov Mehralı İsgəndər oğlu mənə qarşı dələduzluq edərək 4250 manat məbləğində pulumu mənimsəmişdi. Müraciətimdən sonra Abşeron RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıldı. İstintaqın gedişində 3000 manat özümə qaytarıldı. Qalan 1250 manatımın da qaytarılacağına ümidliyəm».
Sumqayıtın «Xəzər bağları» adlanan ərazisində yaşayan Abbasova Arifə Rəhim qızı müraciətində yazır:
«Bu ilin fevral ayında vətəndaş Alırzayev Faiq Dmitri oğlu dələduzluq yolu ilə 1200 manatımı ələ keçirmişdi. Polisə müraciətimdən sonra məni DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə dəvət etdilər. Çox səmimi şəkildə dinlədikdən sonra məsələnin araşdırılmasını Nərimanov RPİ-nin müstəntiqi Cabir Bağırova həvalə etdilər. Mart ayının 17-də mənə dəymiş maddi ziyan tam ödənildi».
Daxili İşlər Nazirliyi http://www.mia.gov.az |
Bakı şəhər Baş Polis İdarəsi http://www.bakupolice.gov.az |
Baş Dövlət Yol Polisi İdarəsi http://www.dyp.gov.az |
Daxili Qoşunların Baş İdarəsi http://dq.mia.gov.az |
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi http://www.insanalveri.gov.az |
Polis Akademiyası http://www.pa.edu.az |
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi http://www.bpqmi.gov.az |
A.N.Heydərov adına Respublika Hospitalı http://www.hospital.mia.gov.az |
"Xəzri" istirahət və sağlamlıq mərkəzi http://www.khazri.mia.gov.az |
Polis qəzeti https://pq.mia.gov.az/ |