Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Mingəçevir şəhərində DİN sistemində təhsilə və xidmətə təşviqlə bağlı gənclərlə növbəti görüş keçirilmişdir

“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in 14.05.2022-ci il tarixli 001-33612-1222 nömrəli Tədbirlər Planının və 16.09.2022-ci il tarixli G50-001-22 nömrəli göstərişinin icrası ilə bağlı 2024-cü ilin aprel ayının 1-də gənclərin DİN sistemində təhsilə və xidmətə cəlb edilməsi məqsədilə respublikanın Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarını əhatə edən Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nasirovun, baş inspektoru polis polkovniki Laçın Paşayevin və Daxili Qoşunların nümayəndəsi baş leytenant Ramiq Tağızadənin, Mingəçevir Gənclər Evidə Mingəçevir Dövlət Universitetinin və Mingəçevir Turizm Kollecinin müəllim və tələbələrinin, eləcə də həqiqi hərbi xidmətini başa vurmuş gənclərin iştirakı ilə “Gələcəyini bizimlə seç” şüarı altında görüş keçirilmişdir.

Tədbir iştirakçılarına polisin tarixi, daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmətin şərəfliliyi barədə, həmçinin DİN sistemində təhsilə, polisdə və Daxili Qoşunlarda xidmətə təşviq istiqamətində zəruri məlumatlar çatdırılmış, canlı söhbətlər aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.