Gəncə şəhərində və Qazax-Tovuz bölgəsində xidmət aparan şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi ilə bağlı əməkdaşlarla görüşlər keçirilmişdir
Əməkdaşların ideoloji hazırlığının yüksəldilməsi, sosial təşəbbüskarlığının artırılması, innovativ təfəkkürünün inkişaf etdirilməsi, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, neqativ informasiya təsirlərinin neytrallaşdırılması və pis vərdişlərlə mübarizənin gücləndirilməsi məqsədilə Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşları tərəfindən növbəti görüşlər Gəncə şəhər Baş Polis və Regional Mühafizə idarələrinin, Ağstafa, Qazax və Tovuz rayon polis və regional mühafizə şöbələrinin şəxsi heyəti ilə keçirilmiş, seminar-məşğələlər təşkil olunmuş, aktual mövzular üzrə iştirakçılara zəruri məlumatların çatdırılması təmin edilmişdir






315.jpg)