Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

MƏMMƏDOV MÖVSÜM ŞAHİN oğlu

Mövsüm Şahin oğlu Məmmədov 1967-ci ilin iyun ayının 6-da Xocalı rayonunun Kosalar kəndində dünyaya göz açmışdır. Canhəsən kənd ibtidai məktəbini bitirdikdən sonra, orta təhsilini 1984-cü ildə doğma kəndində başa vurmuşdur.

1985-ci ildə M.Məmmədov ordu sıralarına çağırılmışdır. 1987-ci ildə ordudan təxris olunaraq, Vətənə dönmüşdür. M.Məmmədov 1988-ci ildə Şuşa Elektrik Şəbəkəsi Birliyində əmək fəaliyyətinə başlayır.

O vaxtlar Azərbaycanda vəziyyət getdikcə ağırlaşırdı. Ermənilərin torpaq iddiası, yaraqlıların arası kəsilməyən hücumları ölkədə sabitliyi pozmuşdu. Belə bir vaxtda Dağlıq Qarabağda və ətraf rayonlarda yerli polis işçilərinə böyük ehtiyac duyulurdu. Elə bu səbəbdən sərhədyanı bölgələrdə yeni-yeni polis bölmələri yaradılmağa başladı. Belə bölmələrdən biri də Xocalı rayonunun Meşəli kəndində yaradıldı. Mövsüm Məmmədov Vətənin dar günündə öz fəaliyyətini daxili işlər orqanlarında davam etdirməyi özünə borc bildi və buna görə də 1990-cı ildən Daxili İşlər Orqanlarında işə başlayır.

1992-93-cü illərdə M.Məmmədov erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda mərdliklə vuruşmuş və Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində böyük şücaət göstərmişdir. 1994-cü ildə Şuşa Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti bölüyünə komandir təyin edilmişdir.

M.Məmmədov hansı vəzifədə işləməsindən asılı olmayaraq, həmişə öz işinin öhdəsindən layiqincə gəlmişdir. Elə buna görə də 1995-ci ildə onu PPX-nın komandiri vəzifəsinə irəli çəkirlər.

1998-ci ildə M.Məmmədov DİN-nin Polis Akademiyasını bitirmişdir. O, indi Şuşa rayon Polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışır. Polis polkovnik-leytenantıdır.

Qarabağ müharibəsi zamanı erməni faşistlərinə qarşı keçirilən döyüşlərdə göstərdiyi qəhrəmanlıqları nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı Fərmanı ilə Məmmədov Mövsüm Şahin oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəlidir. İki övladı var.

Məmmədov Mövsüm Şahin oğlu hazırda Şuşa RPŞ-nin rəis müavini vəzifəsində çalışır