Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Gizir Səmədov Mail Şadıbəy oğlu

28.07.1977-ci ildə Xaçmaz rayonunun Qadaşoba kəndində anadan olmuş, DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində baş istehkamçı-yarımqrup komandiri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı 05.10.2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 06.10.2020-ci il tarixdə Xaçmaz rayonunun Qadaşoba kənd qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi.          2 övladı var idi. Xidməti dövründə 26.06.2008-ci il tarixdə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, 26.06.2015-ci il tarixdə III dərəcəli “Qüsursuz xidmətə görə”, 26.06.2020-ci il tarixdə II dərəcəli “Qüsursuz xidmətə görə”, döyüşlərdə göstərdiyi igidliyə görə isə ölümündən sonra 15.12.2020-ci il tarixdə “Vətən uğrunda” və 24.12.2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.