Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.
H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə bağlı bir sıra ərazi polis orqanlarında və hissələrində görüşlərin və seminarların keçirilməsi davam etdirilmişdir.
Belə ki, cari ilin dekabr ayının 2-də Səbail Rayon Polis İdarəsinin, 9-10 tarixlərində isə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinin iştirakı ilə seminar-məşğələlər təşkil olunmuş, Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisləri polis polkovnik-leytenantları Firdovsi Nəsirov və Tural Qəniyev tərəfindən tədbir iştirakçılarına “Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin təşəkkülündə müstəsna xidmətləri” mövzusu üzrə zəruri məlumatlar verilmiş, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən Ulu öndərin dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq ürəklərdə əbədiyaşarlıq qazanması qeyd olunmuşdur. Həmçinin, tədbir iştirakçıları qarşısında “20 il xalqın xidmətində: Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazdı” mövzusunda çıxışlar edilərək ölkədə görülmüş irimiqyaslı quruculuq işləri və sosial-iqtisadi nailiyyətlər barədə məlumatlar çatdırılmışdır.
Həmin tədbirlərdə iştirak etmiş İdarənin baş inspektoru polis polkovniki Laçın Paşayev tərəfindən “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” - əməkdaşların xidmət zamanı və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına əməl etməsinə, polisin cəmiyyətdə nüfuzunun artırılmasına xidmət edən normativ və nizamlayıcı sənəd kimi” və “Etik davranış qaydalarına zidd olan pis vərdişlərlə mübarizə və sosial şəbəkələrdən istifadənin yolverilməzliyi, cəmiyyətdə qəbul olunmuş mənəvi, əxlaqi və mədəni davranış, ailə-məişət normalarına riayət olunmasının vacibliyi”, Polis Akademiyasının psixoloqu polis mayoru Azər Hüseynov tərəfindən isə “Ailə və işgüzar münasibətlərdə psixoloji dayanıqlılığın artırılması”, “Polis əməkdaşlarının ekstremal vəziyyətlərdə düzgün qərar qəbul etmə yolları, stress və onun idarə edilməsi” və “Polis əməkdaşlarının xidmət zamanı rastlaşdıqları çətinliklər polis-vətəndaş münasibətlərində düzgün ünsiyyət vərdişlərinin əhəmiyyəti.” mövzuları üzrə aktual məsələlərə toxunularaq canlı söhbətlər aparılmış, sadalanan problemlərin qarşısının alınması yolları izah edilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Daxili İşlər Nazirliyi http://www.mia.gov.az |
Bakı şəhər Baş Polis İdarəsi http://www.bakupolice.gov.az |
Baş Dövlət Yol Polisi İdarəsi http://www.dyp.gov.az |
Daxili Qoşunların Baş İdarəsi http://dq.mia.gov.az |
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi http://www.insanalveri.gov.az |
Polis Akademiyası http://www.pa.edu.az |
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi http://www.bpqmi.gov.az |
A.N.Heydərov adına Respublika Hospitalı http://www.hospital.mia.gov.az |
"Xəzri" istirahət və sağlamlıq mərkəzi http://www.khazri.mia.gov.az |
Polis qəzeti https://pq.mia.gov.az/ |