Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Çavuş Quluzadə Elşən Qulu oğlu

20.10.1998-cı ildə Füzuli rayonu, İkinci Mahmudlu kəndində anadan olmuş, DİN DQ-nin XTD-nin snayper qrupunda atıcı-müşahidəçi vəzifəsində xidmət etmişdir. II Vətən Müharibəsi zamanı 13.10.2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə yaralanıb və 21.01.2021-ci il tarixdə uzun müddət komanda qaldıqdan sonra Bakı şəhərində xəstəxanada vəfat etmişdir. 22.01.2021-ci il tarixdə Füzuli rayonu, 2-ci Mahmudlu kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi. Döyüşlərdə göstərdiyi igidliyə görə 18.12.2020-ci il tarixdə “Cəsur döyüşçü”, 29.12.2020-ci il tarixdə “Şuşanın azad olunmasına görə”, ölümündən sonra isə 24.06.2021-ci il tarixdə “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.